İndiki vəziyyət işğalçı ölkəyə sərf edir
08:07 22.02.2018
Arxiv
545
“Rəsmi Bakı ABŞ və Rusiya kimi dövlətlərdən münaqişənin nizamlanması ilə bağlı konkret tədbirlər gözləyir”
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, Amerika vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlindən gələni edir. Münaqişənin başlanmasından 30 il ötdüyünü xatırladan səfir bildirib ki, keçmişi xatırlamaq və ibrət dərsi almaq vacibdir:
"Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik”. Əslində həmsədr dövlət və super güc olaraq Amerikanın münaqişədə daha aktiv rol oynaması hamımızın çoxdankı arzusudur. Ancaq təəssüflər olsun ki, Vaşinqton əsas təşəbbüsü məlum səbəblərdən birbaşa Rusiyaya verib. Moskvanın isə münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir. Görəsən, nə vaxtsa Amerika "məcburi köçkünlərə yardım etməkdən” daha irəliyə gedə biləcəkmi?
Mövzu ilə bağlı "Şərq”ə danışan siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, rəsmi Bakı ABŞ və Rusiya kimi dövlətlərdən münaqişənin nizamlanması ilə bağlı konkret tədbirlər gözləyir:
"Bu gün Ermənistana Moskva və Vaşinqtonun tutduğu mövqe sərf edə bilər. Çünki bu ölkə işğalçıdır. Lakin Azərbaycan işğaldan əziyyət çəkən tərəfdir. Hələlik, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq görmürlər. Azərbaycan 1994-cü ildən başlayaraq, ABŞ-la münasibətlərin daha da genişlənməsində maraqlı olub. Əsrin müqaviləsinin imzalanması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmi, 11 sentyabr hadisələrindən sonra Amerikanın beynəlxalq terrorizmlə mübarizəsi çərçivəsində Əfqanıstandakı və İraqdakı əməliyyatlarında Bakının oynadığı rol hamıya məlumdur”.
Analitik bildirib ki, Obama administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində bir qədər soyuqlaşma və gərginlik var idi:
"Ümid edirik, Tramp administrasiyası Qarabağ probleminə öz diqqətini əsirgəməyəcək. Çünki münaqişənin nizamlanması ilə bağlı nə qədər çox böyük dövlətlər səy göstərərsə, effekti də o qədər çox olar. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sadəcə bir faktı müşahidə edirik. Dünyanın bütün hərbi münaqişələrində fikir ayrılığı yaşayan Rusiya və ABŞ bizim məsələmizdə həmrəylik nümayiş etdirirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm