İnstaqram fenomeninin şok ölümü... - FOTOLAR

Meksikalı İnstaqram fenomeni 23 yaşlı Odalis Santos Mena qoltuqaltı tərləməni yox etmək üçün əməliyyat olunmağa qərar verdi.
“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, Mena əməliyyat çərçivəsində tətbiq olunan anesteziyadan sonra ürək tutmasından ölüb.
147 min izləyicisi olan Odalis əməliyyatın sadə və təhlükəsiz olduğuna inandığı üçün ölümündən qabaq hətta belə bir tibbi prosesduru təbliğ də edib.
Məlumata görə, əməliyyatdan öncə anestezioloq kimi təhsil almayan bir tibb işçisi tərəfindən Menaya dərman verilib. Ancaq müəyyən müddətdən sonra o, infarkt keçirib.