"İpoteka kreditlərini alan yoxdur" - Səbəblər izah olunur

Vüqar Bayramov: " Bunun səbəbi isə əvvəlki dövrlərdən fərqli olaraq problemli kreditlərin artması və eyni zamanda Bakıda mənzil bazarındakı durğunluqdur"



"Əvvəlki dövrdən fərqli olaraq ipoteka kreditlərini alan yoxdur”.

Bunu Sherg.az-a ipoteka kreditlərinə marağın azalmasından danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, vətəndaşlar ipoteka kreditlərinə müraciət edən zaman daha qısa müddətdə bu krediti əldə etmək istəyir:

"Banklarda aparılan monitorinqlər onu göstərir ki, ipoteka kreditlərinə maraq azalıb. Bunun səbəbi isə əvvəlki dövrlərdən fərqli olaraq, problemli kreditlərin artması və bir sıra vətəndaşların ipoteka kreditlərinə müraciət imkanlarının xeyli məhdudlaşmasıdır.

Eyni zamanda Bakıda mənzil bazarındakı durğunluq da ipoteka kreditlərinə təsir göstərir. Nəzərə alsaq ki, ipoteka kreditlərinin müddəti uzundur, onda ödənən vəsaitin həcmi də artır. Nəticədə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir”.

Aysel Aslan