
"İqtisadi inkişaf tempi artacaq, sosial rifah daha da yaxşılaşacaq” - AÇIQLAMA
12:03 05.03.2019
Arxiv
698
"Son illərdə qeyri-neft sektoruna dövlət dəstəyi və investisiyalar artırılır. Getdikcə neftdən asılılıq ləğv olunur. Bu isə o deməkdir ki əgər bir də böhran baş verərsə, biz ona tam hazırlıqlı olacağıq”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, sonuncu böhran zamanı ölkəmiz çox zərər çəkdi, iqtisadi gəlirlərimiz kəskin azaldı, dövlət büdcəsinin azalması və iqtisadi fəallığın zəiflləməsi nəticəsində sosial rifah zəiflədi:
"Çünki gəlirlərimizin çox böyük hissəsi neft sektorundan əldə edirilirdi. Neftin də qiyməti 2-3 dəfə aşağı düşmüşdü. Lakin bununla belə ölkədə ciddi iqtisadi və sosial problemlər baş vermədi. Çünki vaxtilə inkişaf etdirilmiş qeyri-neft sektoru neft gəlirlərinin azalmasını tam olmasa da, böyük həcmdə kompensasiya etdi. Üstəlik, dövlət gəlirlərinin azalması fonunda sosial ayırmalar nəinki azalmadı, hətta imkan düşdükcə artdı.

Nəzərə alaq ki, bizim bundan da dar günlərimiz üçün 45 milyard dollarlıq strateji rezervlərimiz var idi. Ancaq onu xərcləməyə heç ehtiyac da qalmadı. Həm neftin qiyməti orta həddə stabilləşdi, həm də qeyri-neft sektorundan gəlirlər artım tempi üzrə davam etdi. İqtisadi inkişafla bağlı dövlət proqramları öz bəhrəsini verməyə başladı. Nəticədə bu böhranı ciddi problemlər yaranmadan ötüşdürdük. Lakin bir sıra ölkələrdə, həmçinin qonşu dövlətlərdə çox ciddi iqtisadi böhran yarandı. Milli valyuta 3-5 dəfə dəyərdən düşdü, inflyasiya baş alıb getdi. Belə bir şəraitdə Azərbaycanın vəziyyəti digərlərinə nisbətdə xeyli yaxşı oldu”.
İqtisadçının sözlərinə görə, 2019-cu ildən etibarən ölkədə, korrupsiyanın qarşısının tam alınması, iqtisadi fəallığın artırılması, kiçik sahibkarlığın inkişafı üçün çox ciddi islahatlar həyata keçirilir: "Özü də bu iqtisadi islahatlar böyük bir sosial müdafiə paketinin müşayiəti ilə reallaşdırılır. Bu səbəbdən, hesab edirəm ki, qarşıdakı illərdə ölkəmizdə iqtisadi inkişaf tempi və sosial rifah xeyli artacaq. İşsizlik və yoxsulluq ən aşağı həddə düşəcək, korrupsiya səviyyəsi minimumadək azalacaq. Həm ÜDM-in, həm dövlət büdcəsinin artımı sosial rifah üçün daha böyük imkanlar açacaq. Əminəm ki, sosial və iqtisadi sferalarda islahatlar davam edəcək və mövcud problemlər qısa müddətdə aradan qaldırılacaq”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev bir qrup mədəniyyət və incəsənət adamları ilə görüş keçirib. Dövlət başçısı görüşdə bir sıra məsələlərlə yanaşı Azərbaycanın iqtisadi durumuna da toxunub. Bildirib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib: "Dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə verdi. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi