İran Britaniyaya nota verib
19:37 10.12.2016
Arxiv
503
Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton Britaniyanın baş naziri Tereza Meyin Fars Körfəzi ölkələri başçılarının sammitindəki "müdaxiləedici və düşünülməmiş” çıxışına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran XİN-nin sözçüsü Bəhram Qasimi deyib.
B.Qasimi deyib ki, XİN rəhbərinin Qərbi Avropa üzrə müavini Britaniya səfirinə baş nazirin "düşünülməmiş” çıxışına görə İran İslam Respublikasının etiraz notasını verib.
B.Qasimi əlavə edib ki, görüşdə həmçinin səfirə bildirilib ki, "xanım Tereza Meyin qeyd olunan sammitdəki məsuliyyətsiz, təhrikedici və ixtilafyaradıcı çıxışı qəbuledilməzdir. Təkidlə bir daha bu cür qəbuledilməz çıxışların müşahidə edilməyəcəyinə ümid edirik. Bu kimi davranışlar əlaqələrin inkişafına dair elan olunmuş mövqeyə ziddir və əlaqələri korlayır”.
B.Qasiminin sözlərinə görə, Britaniya səfirinə həmçinin bildirilib ki, "İran İslam Respublikasının regiondakı siyasəti terrorizmlə mübarizədə sülh, sabitlik və təhlükəsizliyin təminidir: "Bir haldakı, regionun bəzi ölkələri açıq-aşkar terrorizmi dəstəkləyirlər. Bu həqiqət Britaniya rəsmilərinin və baş nazirinizin gözündən yayınıb və bu təəssüfedici və təəccüblüdür”.
Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton da, öz növbəsində, ölkəsini İranla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb və İranın mesajını tez bir zamanda Britaniya XİN və baş nazirin ofisinə çatdıracağını vəd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə