"İran, Türkiyə və Rusiya əməkdaşlığı Azərbaycan üçün də faydalıdır" - İZAH
11:20 23.07.2018
Arxiv
617
"İran, Türkiyə və Rusiya Suriya məsələsində müttəfiq dövlətlərdir. Ona görə, bu ölkələrin liderlərinin üçtərəfli görüşlər keçirməsi qeyri-adi hadisə deyil”.
Bunu "Sherg.az”a İran, Türkiyə və Rusiya arasında keçirilməsi planlaşdırılan görüşdən gözləntilərini şərh edərkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib.
O diqqətə çatdırıb ki, bölgədə yeni hərbi ittifaq – Rusiya, Türkiyə və İran ittifaqı yaranır:
"Türkiyənin Qərblə münasibətləri gərginləşib, Amerika ilə danışıqları pozulub. Üçtərəfli görüşlərdə hər bir dövlətin özünün maraqları var. Türkiyə supergücə çevrilməyə çalışır. Ona görə, bölgədə özünə dayaqlar axtarır. Rusiya özünün supergüc statusunu qoruyub saxlamaq, İran isə ona qarşı təzyiqlərdən qorunmaq niyyətilə digər iki dövlətə yanaşır. Amerika ilə münasibətləri gərginləşən İranı bu təhlükədən Türkiyə və Rusiya ilə hərbi əməkdaşlıq qoruya bilər.
Düşünürəm ki, hər üç ölkənin əməkdaşlığı Azərbaycan üçün də faydalıdır. Rəsmi Bakı yaxın qonşularının bir-birinə düşmən münasibətdə olmasından fayda götürə bilməz.
Qlobal mənada isə Türkiyənin Rusiya və İranla münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksələ biləcəyinə inanmıram. İran və Rusiya arasında daim əlaqələr olub. Ancaq Türkiyənin istər İranla, istərsə də Rusiya ilə münasibətləri məcburi xarakter daşıyır.
Qeyd etdiyim kimi, hər üç ölkə supergücə çevrilmək istədiyinə görə bir-birinə yaxınlaşır. Ona görə, üç ölkə arasındakı yaxınlaşmanı, müttəfiqliyi aralıq müddətdə müşahidə edəcəyik”.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Rusiyanın dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında mümkün görüşün gündəmdə olduğunu, lakin görüş tarixinin dəqiqləşdirilmədiyini bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya