İran vasitəsilə Naxçıvana quru yolu ilə reyslər bərpa olunub
21:14 14.07.2021
Arxiv
663
Xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrut xəttinin bərpa edilməsinə dair Azərbaycan tərəfi İran İslam Respublikasına müraciət edib.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan ilə İran arasında daşımalara dair mövcud razılığa əsasən Azərbaycan tərəfinin müraciətinə cavab olaraq Azərbaycan vətəndaşlarının 16 iyul 2021-ci il tarixindən Biləsuvar-Culfa sərhəd məntəqələri vasitəsilə Bakı-Naxçıvan-Bakı istiqamətində tranzit keçidləri bərpa olunur.
Azərbaycan vətəndaşlarının keçidi üçün neqativ PRC testinə ehtiyac yoxdur. Lakin zərurət olarsa sərhəddə yerləşən tibbi personal tərəfindən sərnişinlərdən test götürülə bilər.
Məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə- əvvəlcədən təyin olunmuş məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.
Eyni zamanda, iyul ayının 15-dən etibarən xüsusi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyəti məhdudlaşdırılan şəhərlərarası (rayonlararası) gecə reysləri də bərpa olunur.
Sərnişinlər həm Naxçıvan, həm də gecə reysləri üzrə biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm