İranda zəlzələ qurbanlarının sayı artır



İranın qərbində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb. Bu barədə İranın Mehr agentliyi Kermanşah əyalətinin Baş Qərargahına istinadla məlumat verib.

Qeyd edək ki, bu gün İranın Kirmanşah vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Daha əvvəl zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 58 nəfərin yaralandığı xəbər verilmişdi.

Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.