İraqda terror aktı törədilib, ölən və yaralananlar var





İraqın Mosul şəhərində partlayış törədilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə universitet binası yaxınlığında qeydə alınıb. İçi partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Terror aktı zamanı universitetin binası da zərər çəkib.

Qeyd edək ki, daha əvvəl İraqda terrorçu kamikadzelər zərərsizləşdirilib.