İri layihələr bitib
17:09 17.11.2018
Arxiv
734
Ona görə Türkiyədən Azərbaycana gələn iş adamlarının sayında ciddi azalma var
Ölkəmizə iş məqsədilə gələn Türkiyə vətəndaşlarının sayında xeyli azalma var. Türkiyə Məşğulluq Xidmətindən bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə türklərin sayı 80,88 faiz azalıb.
Qeyd olunub ki, göstərilən dövrdə xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.
Türkiyə vətəndaşı olan işçi qüvvəsinin say azlığı ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, türklərin sayının azalması ölkəmizdə böyük layihələrə son qoyulması ilə bağlıdır:
"Çünki 2010-cu ildən başlayaraq ölkəmizdəki iri layihələrdə bir çox türk şirkətləri aktiv iştirak edirdilər. Bununla türk mütəxəssislərinin və işçi qüvvəsinin Azərbaycanda işləməsinin şahidi olurduq. Məsələn, Olimpiya Stadionunun tikintisində minlərlə türk vətəndaşı çalışırdı. Yəni bu iri layihələrin bitməsi artıq türk mütəxəssislərinin və Türkiyədən gələn işçi qüvvəsinin sayının azalmasına təsir göstərdi. Qlobal səbəb olaraq bunu göstərmək olar.
İkinci səbəb ölkəmizdə ümumi iqtisadi aktivliyin azalması ilə bağlıdır. Böyük layihələrin və iqtisadi aktivliyin azalması işçi sayının da azalmasına ciddi təsir göstərdi. Bildiyim qədərilə "Tekven”in böyük layihələrinin əksəriyyəti bitib.
Azərbaycanda ən çox işçi qüvvəsini cəlb edən isə məhz "Tekven" şirkəti idi. Onların böyük layihələri sona çatır deyə, bu, türk işçilərinin Azərbaycandan getməsinə səbəb olur. Həmçinin yerli mütəxəssislərimizin də sayında müəyyən artımlar var. Xarici ölkədə oxuyan şəxlsər ölkəmizə geri dönüblər. Əvvəllər xarici mütəxəssislərə ehtiyac duyulurdusa, artıq bəzi şirkətlər yerli işçilərimizlə razılaşmağa başlayıblar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət