İsa Həbibbəyli: “Məktəbəqədər müəssisələrdə xarici qrupların yaradılmasını məqbul sayırıq”
14:17 15.12.2016
Arxiv
404
"Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, eləcə də qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitədə "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
İ. Həbibbəyli məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının maliyyələşməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Bundan əvvəlki layihədə təqdim etmişdik ki, məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə halda pərakəndəliyin olmasının qarşısını ala bilərik. Orta qiymətlər müəyyən olunmalı idi. Lakin birinci oxunuşdan sonra qərara alındı ki, bu məsələdə bir qədər sərbəstliyə də imkan yaratmaq lazımdır. Yəni, yuxarı hədd barədə də qərar qəbul etmək olar, ancaq təhsil müəssisələrinin özünün də maddi-texniki bazası, imkanları, eləcə də verə biləcəyi təhsil nəzərə alınmalıdır. Ona görə də indiki halda təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun tələblər və təkliflər ortaq balans şəklində əsas götürüləcək. Hələ qarşıda ikinci və üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqlik ola bilər. Əslində biz bunu gözləyirik”.
İ. Həbibbəyli xatırladıb ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir: "Lakin bir çox deputatlar digər xarici dillərdə də bağçaların fəaliyyət göstərməsinə müsbət yanaşır. Təbii ki, bu zaman Azərbaycan dili aparıcılığını qorumalıdır. Ona görə də, təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü məqbul hesab edirik”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya