İslahatların icra prosesi günü-gündən genişlənir
09:39 08.03.2019
Arxiv
679
"Prezidentin son addımları sosial dövlət quruculuğunun ən böyük göstəriciləridir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı-ekspert bildirib ki, görülən işlərin əksəriyyəti sosial mahiyyətlidir:
"Əvvəllər daha çox iqtisadiyyata və ordu quruculuğuna investisiya qoyulurdu. Sovet İttifaqından çıxdıqdan sonra iqtisadiyyatımız demək olar ki, dağılmışdı. Güclü ordumuz olmadığından torpaqlarımızı itirmişdik.
Son 20 ildə müxtəlif dövlət proqramları və aparılan islahatlar iqtisadiyyatı gücləndirdi. Dövlətin gəlirləri artdı, müvafiq olaraq da güclü ordu yaratmaq mümkün oldu. Artıq sosial rifahı gücləndirmək üçün lazımi imkanlar yaranıb və dövlət başçısı da bu imkanlardan maksimum istifadə edir. Böyük bir sosial paket reallaşdırılır. İşsizlik və yoxsulluğun tam ləğvinə çalışılır. Bu ildən etibarən reallaşan vergi islahatları kiçik sahibkarlığa maksimal dəstək mahiyyəti daşıyır. Nəticədə iqtisadi fəallıq, deməli, paralel olaraq ölkənin gəlirləri, məşğulluq artacaq.
Gələn ildən tətbiq olunacaq icbari tibbi sığorta sistemi isə sosial paketin ən mühüm elementlərindən olacaq. Əlbəttə, problemlər hələ də qalır, lakin onların həll edilməsi üçün siyasi iradə qoyulub. Qalanı icra prosesindın ibarət olacaq. Mən arzu edərdim ki, xarici fondlarda saxlanan 45 milyardlıq strateji rezervlərimizdən 5 milyardı ölkəyə cəlb olunub real iqtisadiyyata, özünüməşğulluq proqramına, innovativ fərdi layihələrin icrasına yönəldilsin. Bu halda bir-iki il ərzində çox böyük iqtisadi imkanlar əldə edə bilərik, sosial müdafiə isə maksimuma çatar.
Bu prosesin ciddi şəffaflıq daxilində aparılması və ictimai nəzarətin güclənməsi ilə təbəqələrarası maddi vəziyyət balansı arasında fərq azalar, kölgə iqtisadiyyatı və korrupsiya aradan qalxar. Məmurların gəlir deklarasiyası qəbul olunsa, rəqabət mühiti güclənsə və dövlət orqanlarının işində tam şəffaflıq təmin olunsa, monopoliya halları tam aradan qalxsa, ölkəmiz indikindən dəfələrlə sürətli inkişaf edər, gəlirlər dəfələrlə artar, bütün problemlər həllini tapar. Ümidvaram ki, belə də olacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya