İstanbul tətili vaya döndü

Monqolustanlı sevgililər boğazda boğuldu



İsveçrədə oxuyan və "14 Fevral Sevgililər” gününü keçirmək üçün İstanbula tətilə gələn Moqolustanlı gənc sevgililər boğazda boğularaq öldü.

Şahidlər, kişi olanın boğaza düşüncə onu qurtarmaq istəyən qızın da dənizə atıldığını söylədi. Ölkələrində tanınan ailələrinin uşaqları olduğu öyrənilən cütlüyün cəsədləri tapıldı. İsveçrədə tələbə olan Sereter Bat ilə sevgilisi Sarengerel Dorlıg Jav 7 fevralda İstanbula gələrək Beşiktaşda 5 ulduzlu bir otelə yerləşdi. İddialara görə 2 yoldaş dünən həddindən artıq dərəcədə spirt qəbul ediblər. Sereter Bat otelin dəniz sahilində olan istinat divarında getməyə başlayıb. Bu zaman tarazlığını itirərək suya düşüb. Hadisəni görən qız da dərhal onun arxasından dənizə atılıb. Vəziyyəti fərq edən otel vəzifəliləri də hadisə yerinə qaçıb. Ancaq 2 tələbə də dalğaların arasında itib. Vəziyyət polisə bildirilib. Axtarışlarda əvvəl Sarengerel Dorlıg Javın, sonra Sereter Batının cəsədi tapıldığı öyrənildi. Boğularaq həyatını itirən Sereter Batın atasının Monolustanda bir millət vəkili olduğu məlum olub. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaqın davam etdiyini, otelin təhlükəsizlik kameralarının hadisəni qeydə aldığını ifadə etdilər.