İstanbulda tramvay qəzası baş verib, ölən var




Türkiyənin İstanbul şəhərində tramvay qəzası baş verib.

APA-nın "Hurriyet”-ə istinadən yaydığı xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb.
İstanbulun Bəyazid rayonunda qeydə alınan hadisə səbəbindən hazırda tramvaylar xətt üzrə hərəkət etmir.