İstanbuldakı terraktla bağlı BEYNƏLXALQ REAKSİYALAR - " LEMONDE" YAZIR




İstanbulda Yeni ilin ilk saatlarında 40 nəfərin ölümünə, 68 nəfərin isə xəsarət almasına səbəb olan terraktla bağlı beynəlxalq reaksiyalar davam etməkdədir. 

Sherg. az "Lemonde.fr”ə istinadən xəbər verir ki, Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Pris bəyan edib ki, Ağ Ev bu hadisəni dəhşətli terrakt kimi dəyərləndirir:

" Məlum olay Yeni il bayramını qeyd edən günahsız insanlara qarşı törədilən amansız bir cinayətdir”.

Eyni zamanda Roma Papası Fransisk də bu terror hadisəsini sərt şəkildə lənətləyib. O, bildirib ki, bütün xoş niyyətli insanlar terroru və onun gətirdiyi ağrı-acını pisləyirlər:

"Terrorçuların qan tökmək cəhdi və terror qorxusu bütün dünyanı bürüyüb.

Bundan başqa Fransa da Türkiyəyə həmrəylik nümayiş etdirib. Bu ölkənin xarici işlər naziri Jan- Mark Ayrolt da Türkiyədəki terror hadisəsini pisləyib və qeyd edib ki, xəsarət alanlar sırasında ən azı 3 Fransa vətəndaşı var. Ayrolt da bu terroru qorxunc və murdar bir hərəkət kimi qiymətləndirib: 

" Terrora qarşı birgə mübarizədə Fransa Türkiyənin yanındadır”.

Fransa prezidenti Fransua Olland da terroru bir bəla adlandırıb və bu bəlaya qarşı birgə mübarizə üçüm Ankaraya həmrəylik ifadə edib. Və terraktın dünyada nifrət doğurduğunu deyib.

NATO- nun baş katibi Jan Stoltanberq İstanbuldakı olayı bir faciə adlandırıb.

Avropa dipolmatiyasının rəhbəri Federika Moqerini bu hadisəıni dəhşətli olay hesab edir : 

« Bu cür faciələrin aradan qaldırılması üçün səylərimizi davam etdiririk. »

Belçika Xarici işlər naziri bu olayın təssüf doğurduğunu bildirib : 

« Hadisədə Belçika əsilli Türkiyə vətəndaşı qətlə yetirilib ».

Bundan əlavə çoxsaylı İsrail rəsmiləri  Türkiyəyə başsağlığı verib. Istabuldakı terraktı bəşəriyyətə qarşı hücum adlandırıblar


Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində gecə klublarından birinə silahlı hücum baş verib. Və basqın nəticəsində Yeni il bayramını qeyd etmək üçün kluba toplaşanlardan 40 nəfərin öldüyü, 68 nəfərin xəsarət aldığı söylənilir.

Tərcümə etdi : Ayyət ƏHMƏD