İt 18 aylıq körpəni bu hala saldı

Cərrahlar körpənin parçalanan burnuna 240 tikiş qoydu




İt hücumuna məruz qalan 18 aylıq körpənin üzü qanlar içində qaldı. Staffordshire cinsi olan it Mayzee Jo Gasba adlı körpənin üzərinə hücum edib üzünü tanınmaz hala saldı.

Londonun Archway qəsəbəsində baş verən dəhşətli hadisədə, 18 aylıq Mayzee Jo 7 yaşındakı qardaşıyla çöldə oynayarkən itin hücumuna məruz qaldı. Qanlar içində qalan talehsiz körpə vertolyotla Londona xəstəxanaya çatdırılıb. Cərrahlar körpənin parçalanan burnuna tam 240 tikiş qoydu. Sağlamlıq vəziyyəti yaxşı olan Mayzee Jo, burnundan daha rahat nəfəs ala bilməsi üçün aprel ayında burun dəliklərindən bir daha əməliyyat olacaq. Ana Maria (34), "Hücumdan sonra körpəmi qanlar içində görüncə öləcəyini zənn etdim” dedi. Mayzee Jonun valideynləri, təhlükəli iti boyunduruqsuz çölə buraxdığı üçün it sahibini məhkəməyə verdi.