İtaliyada təqaüdə çıxmış həkimlərin yenidən işə qəbuluna razılıq verilib




İtaliyanın Veneto regional hökuməti kadr çatışmazlığını aradan qaldırmaq üçün təqaüdə çıxmış həkimlərin yenidən işə qəbuluna razılıq verib.

AZƏRTAC İtaliyanın "ilgazzettino.it” saytına istinadla xəbər verir ki, Veneto regionunun qubernatoru Luka Zaya bu qərarın əsas məqsədinin həkim çatışmazlığı ilə əlaqədar çağırış zamanı ilkin tibbi yardımı təmin etmək olduğunu deyib.

Xatırladaq ki, ötən həftə Molize regionunun cənub bölgəsində də belə bir təşəbbüs irəli sürülmüşdü.