Bundan sonra Gürcüstanda siyasi qüvvələr azərbaycanlılarla hesablaşacaq və onları güc kimi qəbul edəcək
İvanişvilinin sonu yaxınlaşır
07:38 03.11.2018
Arxiv
651
Əgər seçkinin ikinci turunda saxtakarlıq olmazsa, Vaşadze prezident seçıləcək
Bundan sonra Gürcüstanda siyasi qüvvələr azərbaycanlılarla hesablaşacaq və onları güc kimi qəbul edəcək
Bundan sonra Gürcüstanda siyasi qüvvələr azərbaycanlılarla hesablaşacaq və onları güc kimi qəbul edəcək
Məlum olduğu kimi, Gürcüstanda prezident seçkisinin ikinci turu dekabrın 2-də keçiriləcək. İkinci turda rəqabət hakim partiyanın namizədi Salomi Zurabişvili və müxalifətin əsas namizədi, "Güc Birlikdədir” koalisiyasının təmsilçisi Qriqol Vaşadze arasında baş tutacaq. Siyasi ekspertlər seçkinin ikinci turunun olduqca gərgin keçəcəyini deyirlər. Tərəflərin seçkiyə ciddi hazırlıq görməsi və təbliğatı genişləndirməsi bunu deməyə əsas verir.
Qonşu ölkədəki seçkiyə hazırlıq prosesini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda prezident seçkilərinə ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin siyasi təsirləri kifayət qədər böyükdür. Analitikin sözlərinə görə, məhz birinci turda Salomi Zurabişvilinin seçilməməsində Saakaşvili amili mühüm rol oynayıb:
"Hakim "Gürcü Arzusu” partiyasının siyasi səhvlərindən məharətlə istifadə edən Saakaşvili Gürcüstan müxalif qüvvələrini öz ətrafında birləşdirməklə, siyasi güc qazanır. Həmçinin, ölkədə yaşayan digər xalqların dəstəyini qazanmaqla İvanişvili qarşısında qüvvəsini ortaya qoyur. Bir məsələni qeyd edim ki, Gürcüstanda məhz prezident seçkilərinə böyük təsir edən orada yaşayan azərbaycanlılardır. Məhz azərbaycanlılar Mixail Saakaşvilinin dəstək verdiyi müxalif namizəd Vaşadzeyə səs verməklə, Gürcüstan tarixində ilkə imza atıblar. Bununla azərbaycanlılar ölkənin siyasi taleyində mühüm rol oynadıqlarını nümayiş etdiriblər. Bundan sonra Gürcüstanda siyasi qüvvələr azərbaycanlılarla hesablaşacaq və onları güc kimi qəbul edəcək. Artıq Saakaşvili bu amildən istifadə edərək, Gürcüstanda siyasi mövqeyini gücləndirməyə çalışır”.
Ekspert bildirib ki, əgər seçkinin ikinci turunda saxtakarlıq olmazsa, azərbaycanlılar və gürcülər Vaşadzeni prezident seçəcəklər:
"Əgər Vaşadze prezident seçilərsə, artıq Gürcüstanda Bidzina İvanişvilinin sonu gələcək. Növbəti parlament seçkilərində əhali hakim partiyaya səs verməyəcək. Bundan əlavə, Saakaşvili Gürcüstana qayıdacaq. Hətta eks-prezident həbs edilsə də, bu, müvəqqəti xarakter daşıyacaq. Eyni zamanda İvanişvilinin kölgəsində olan hakimiyyətə beynəlxalq təzyiqlərə yol açacaq. Sabiq prezidenti həbsdə saxlamaq Gürcüstanda geniş etirazlara səbəb ola bilər. Baş verən proseslər fonunda "Gürcü Arzusu" ən kritik dövrünü yaşayır. Hazırkı hakimiyyət qeyri-gürcülərdə narazılıq yaratmaqla, sosial dayaqlarını laxladıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət