İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür - XANIMI DANIŞDI
08:50 08.09.2017
Arxiv
325
"Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Aslanov Novruzovun həyat yoldaşı deyib. O bildirib ki, A.Novruzovun vəziyyəti ağır olaraq qalır: "Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə, mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heçnə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdi. Allah özü onların cəzalarını versin. Son olaraq deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda stabil ağırdır.
Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində olub. Belə ki, Novruz Aslanının yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz" deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq"la zərbələr endirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İzzət Bağırovun vəkili Ceyhun Yusifov da Lent.az-a bildirib ki, artıq tərəflər barışıb: "Görüş zamanı barışıq əldə olunub. Zərərçəkən tərəf heç bir şikayət və tələbinin olmadığını bildirib. İzzətin köməkçisi Elçinlə bağlı hüquq mühafizə orqanlarına şikayət və tələb olmadığı ilə bağlı ərizə verilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq