Jirinovski türkcə danışdı: "Türkiyə, sən olmasan, yaşamaq nəyə yarar"





Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankaraya gəlib. O, Ankara Böyük Şəhər Bələdiyyəsinin  başçısı Melih Gökçeklə ikitərəfli əlaqələri müzakirə edib.
Məlik Gökceyin qonağı olan rus siyasətçi türk cümlələrdən də istifadə edib. Jirinovski, Gökçeyə təşəkkür edərək, "Sevə bilməz kimsə səni, mənim sevdiyim qədər. Türkiyə, sən olmasan, yaşamaq neyə yarar" deyə danışıb.
Ankarada 3 gün qalacaq V.Jirinovskinin digər türk siyasətçiləri ilə də danışıqlar aparacaq.
Səfərin əsas səbəbinin də Rusiya-Türkiyə əlaqələrini yaxşılaşdırılması olduğu bildirilir.