«Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» 4 ay ərzində icra olunacaq
Azərbaycanda «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» adlı layihəyə start verilib. Layihə «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. Təşkilatın sədri Elməddin Muradlının sözlərinə görə, burada əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində əsas problemlərin müyyənləşdirilməsi, nəticələrin ictimai müzakirəsinin təşkili və təhlil edilməsi, eləcə də bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimai təşəbbüslərin gücləndirilməsidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da «təkərlər üzərində ölüm» hallarının aktual problemlərdən biri olaraq qaldlğını vurğulayan E. Muradlı deyib ki, qanunların sərtləşdiriliməsi və cəzaların daha da artmasına baxmayaraq, yol hərəkəti təhülkəsizliyinin təmin olunması sahəsində problemlər hələ də mövcuddur: "Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyi mövcüd problemləri yaradan əsas səbəblərin öyrənilməsini və nəticələrin müzakirəsini, təhlil edilməsini aktual hesab edir. Bu məqsədlə «Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi» layihənin icrasını həyata keçirimək vacibdir.
Layihə çərçivəsində sürücüləri avtomobillərdə olan odsöndürən balonlardan, dərman qutusundakı dərman və digər vasitələrdən istifadə qaydaları ilə tanış etmək, məlumatlandırmaq və bu məlumatların Şuranın dəstəyi ilə 2014-cü ildə yaradılmış Avtosfer.az saytında yayılmasını təmin etmək də nəzərdə tutulur. Bundan əlavə, məlum olduğu kimi, 2016-cı ilin iyununda Bakıda «Formula-1» yarışı keçiridəcək. Təşkilat olaraq bu yarışın keçirilməsinə və yüksək səviyyədə baş tutmasına ictimai dəstək göstərməyi nəzərdə tuturuq. İlk növbədə yarış barədə məlumatların mütəmadı yayılmasını təmin edib bu yarışla bağlı təbliğat işini gücləndirmək nəzərdə tutulur. Yarış müddətində Bakıda yollarda hərəkət istiqaməti dəyişdiriləcək və bu da digər sürücülər üçün problem yarada bilər. Odur ki, yarış müddətində istiqaməti dəyişdirilən yollar barədə mütəmadi olaraq məlumatların verilməsi, bu məlumatlarda bağlı yolların xəritələrinin sürücülərə çatdırılması vacibdir».
Qeyd edək ki, layihə 4 ay müddətində Bakı, Şamaxı, Qəbələ, Naftalan və Göygöl şəhərlərində icra olunacaq.
Şəymən