Kanalizasiyadan fışqıran qan qorxutdu

Adnan Menderes məhəlləsi Çeştepe yolunda kanalizasiyanın tıxanması səbəbiylə kanalizasiya qapağından qan fışqırmağa başlayıb.
Qanları görən vətəndaşlar, vəziyyəti polisə bildirib. Hadisə yerinə gələn qrupların apardığı araşdırmada, kanalizasiyadan çıxan qanın, yaxınlıqda olan heyvanların kəsildiyi yerdən gəldiyi təsbit edilib. Bundan sonra ətraf sakinlər, rahat bir nəfəs alıb. Kanalizasiyadan axan qanlı su və zibillər təmizlənib.