Kastamonu Türk Dünyasının paytaxtı elan olunacaq





Kastamonu Türk Dünyasının paytaxtı elan olunacaq. 

Bu barədə "Sherg.az"a Kastamonunun paytaxt elan olunmasına dair keçirilən açılış törəninə qatılan "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı məlumat verib. 

Xəbərə görə, dünəndən etibarən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan,Qaqauziyadan gələn media təmsilçiləri Türkiyənin Kastamonu şəhərinə toplaşıblar. 

Türksoyun qərarına əsasən Türk Dünyasının mədəniyyət paytaxtı bu il Kastanomu elan olunub. Ötən il Qazaxıstan respublikasının Türkistan vilayəti bu statusu daşıyıb. Bu il isə həmin missiyanı Kastanomu icra edəcək. Bu münasibətlə Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş və Türksoyun sədri Düsen Kaseinov Kastamonuya səfər ediblər. 

Sabah N.Kurtulmuş media nümayəndələri üçün mətbuat konfransı keçirəcək. İl ərzində baş tutacaq tədbirlər barədə məlumat verib sorğuları cavablandıracaq. Daha sonra Kastamonunun Türk Dünyasının Paytaxt olmasına rəsmi start verilib, ilk tədbir baş tutacaq.