Kəlbəcərli girovları azadlıq gözləyir
20:36 12.02.2015
Arxiv
515
“Avropa Məhkəməsinin obyektiv qərar qəbul edəcəyinə ümidimiz var”
Ermənistan tərəfinin girov götürdüyü həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal Azərbaycana və ya 3-cü ölkəyə təhvil verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qarşısında vəsatət qaldırılıb.
Girovların hüquqlarını müdafiə edən vəkil Anar Bağırov bildirib ki, beynəlxalq məhkəmədən gözlənilən qərarın müsbət olacağına ümid və əsas çoxdur. Vəkilin sözlərinə görə, bir sıra dövlətlərə qarşı analoji işlər üzrə müvafiq qərarlar qəbul edilib: "İş tam perspektivlidir, inanırıq ki, bu məsələdə Avropa Məhkəməsi ədalətli mövqe nümayiş etdirəcək”. A.Bağırov söyləyib ki, Həsən Həsənov heç də erməni tərəfinin bəyan etdiyi kimi uzaq məsafədən açılan atəş nəticəsində deyil, işgəncə verilərək öldürülüb. Bununla bağlı məhkəmə tibbi ekpertizasının rəyi var. Bu materiallar da Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediləcək. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı beynəlxalq təşkilatlara inam qalmadığını desə də, bu qədər faktın qabağında məhkəmənin biganə qalmayacağına ümid edir: "Hər zaman işğalçı Ermənistanın maraqlarını müdafiə edən beynəlxalq məhkəmələr Azərbaycan tərəfinin müraciətlərinə obyektiv cavab vermir. Amma hər halda faktlar, dəlil-sübutlar ortadadır. Artıq beynəlxalq aləm də dərk edir ki, ermənilər haqsızdır. Ermənistanın girovlarımıza qarşı qeyri-insani davranışları dünyanın gözü qabağında edilir. Həmçinin, Qərb dövlətləri girovlar məsələsinin Ermənistan-Azərbaycan arasındakı gərginliyi daha da artırdığını görürlər. Ona görə, azacıq da olsa, Avropa Məhkəməsinin obyektiv qərar qəbul edəcəyinə ümidimiz var. Hesab edirəm ki, təcavüzkar Ermənistan dövləti Həsən Həsənovun öldürülməsinə də cavab verməlidir. Fərqi yoxdur, o, yaxın və ya uzaq məsafədən qətlə yetirilib. Əgər ortada ölüm hadisəsi varsa, düşmən tərəf məsuliyyət daşıyır. İstənilən halda prosesdə haqlı tərəf Azərbaycandır”.
A.Nağı girovlarımızın üçüncü ölkəyə göndərilməsinin haqlı qərar olmayacağını deyir: "Çünki onlar hansısa xarici ölkənin ərazisinə girməyiblər, heç kimi öldürməyiblər. Əgər girovlar barəsində üçüncü ölkəyə göndərilmə qərarı çıxarsa, bu, yarım ədalət olacaq. Ona görə ki, üçüncü ölkəyə göndərilmə qismən də olsa, girovlarımızın günahkar olduğunu təsdiqləyəcək. Amma yenə də bu qərar Ermənistanın ifşa olunmasına səbəb olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya