Kitabı tanıdın, kitabla tanının!
19:05 19.02.2019
Arxiv
538
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
Ölkəmizdə hər zaman innovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasıdır.
Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik təqdim edir. Belə ki, layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru Azercell şirkəti "Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı ayırmışdır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə 1.000 AZN məbləğində mükafat qazanmaq şansını əldə edə bilər.
Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur. İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı festival2019@booktrailer.az email ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qailibi 1000 AZN, 2-ci yerin 2 qalibi 800 AZN, 3-cü yerin 3 qalibi 500 AZN dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə Azercell şirkəti tərəfindən "Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı gözləyir.
Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2019-cu ildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi