Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyası toqquşmalarla nəticələnib. APA-nın məlumatına görə, 100 minədək insanın toplaşdığı aksiyaya polis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanındağıdılmasına "Berkut” xüsusitəyinatlı qüvvələricəlbolunub, lakinonlarmitinqidağıdabilməyiblər. Hələlik, yalnız aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru hərəkətinin qarşısını almaq mümkün olub. Axşam saatlarında müxalifət "Avropa” meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyillər, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdırlar. Müxalifət Vilnüs sammitinə qədər "Avropa” meydanından çıxmayacağını bəyan edib. Bəyanatda bildirilir ki, əgər Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalamasa, aksiyalar nəticə əldə olunana kimi davam edəcək. Hazırda əsas mitinq "Avropa” meydanında keçirilir. Kütlənin sıx olduğu yerlərə bir neçə dəfə qatı tüstü müşahidə olunub. Müxalifət qaz şaşkalarının Yanukoviçin lideri olduğu Regionlar Partiyasının atdığını bildirir. Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda bir "Berkut” xüsusi təyinatlısının yaralandığını bildirib. Rəsmi məlumata görə, nümayişçilərdən xəsarət alan yoxdur. Hazırda hökumət binası qarşısında vəziyyət sabitdir. "Berkut” qüvvələri binanın mühafizəsini təmin edir. Nazirlər Kabinetinin qarşısında bir neçə yüz nəfər qalıb, aksiya iştirakçıları "Avropa” meydanına və Radaya doğru hərəkət etməyə başlayıblar. Ukraynanın bütün şəhərlərində Avropaya inteqrasiya tərəfdarlarının mitinqləri keçirilir. Kiyevdən fərqli olaraq digər şəhərlərdə aksiya iştirakçılarının sayı nəzərəçarpacaq dərəcədə azdır.
Kiyev qarışdı
19:09 25.11.2013
Arxiv
489
Nazirlər Kabinetini ələ keçirmək istədilər, olmadı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region