Komitə sədri: “6700 məhkumla bağlı Amnistiya aktı qəbul oluna bilər”





Azərbaycanda 6700 məhkumla bağlı Amnistiya aktı qəbul oluna bilər. "Sherg.az"-ın xəbərinə görə, bunu parlamentin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib: 

"Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi

Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı. Mən qanunun tətbiqi ilə bağlı statistikanı açıqlamaq istəyirəm. Həmin müddətdən məhkəmələrə 4000-dən min artıq təqdimat göndərilib, bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur.

Bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur. Bu qanunun Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.

Anar