Komitə sədri: "Kimsə hələ ölməyib, amma özünə qəbiristanlıqda yer alır…"

"Bundan sonra kimsə özbaşınalıq edib qəbiristanlıqları hektarlaya bilməyəcək"



Məzarlıqların, qəbiristanlıqların idarə olunması ilə bağlı nümunəvi model, Əsasnamə hazırlanır.

Sherg.az-ın məlumatına görə, bu haqda parlamentin iclasında Dini və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Deputat bildirib ki, əsasnamə Nazirlər Kabineti tərəfindən hazırlanır və yaxın zamanlarda imzalanaraq, qüvvəyə minəcək:

"Artıq bundan sonra kimsə bu məsələdə özbaşınalıq edə bilməyəcək. Qəbiristanlıqları necə deyərlər, hektarlamayacaqlar. Kimsə-hələ ölməyib, amma özünə qəbiristanlıqda yer alır…Bu, nə deməkdir? Ancaq Nazirlər Kabinetinin hazırladığı Əsasnamə bu məsələdə ciddi-nizam intizam yaradacaq, kimsə artıq bu məsələdə sui-istifadə edə bilməyəcək. Bütün məzarlar, qəbirlər eyni qaydada olacaq”.
Anar