Konstitusiyaya dəyişikliklər layihəsi Türkiyə parlamentinə təqdim edilib




Türkiyə konstitusiyasına prezident idarəçiliyi üsuluna keçid müddəasıda olmaqla dəyişikliklər paketi müzakirə olunması üçün Böyük Millət Məclisinə təqdim edilib.

APA-nın xəbərinə görə, qanun layihəsi dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.

Qeyd edək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.
Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur