"Koreya yarımadasında baş verənlər ciddi təhlükə mənbəyidir" - PREZİDENT
10:55 06.09.2017
Arxiv
357
Prezident İlham Əliyevsentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini xatırlayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Dövlət başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən prezident bildirib ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır. Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlət başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu səfər parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.
Öz növbəsində, Park Cu-sun bildirib ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd edib. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verib. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Dövlət başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman