
Körpə anadan olandan 50 dəqiqə sonra niyə öldü? – “Doğum prosesi ilə bağlı araşdırmalar aparılmalıdır”
17:17 29.08.2018
Arxiv
760
Ağsu Rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü baş verib. Rayon sakini 27 yaşlı Çinarə Nəbiyevanın övladı təbii doğuşla dünyaya gəldikdən sonra ağır anlar yaşayıb. Uşaq doğulduqdan 40-50 dəqiqə sonra dünyasını dəyişib.
Qadının həyat yoldaşı bildirib ki, Çinarə Nəbiyeva müayinə üçün bir neçə gün müntəzəm olaraq xəstəxanaya aparılıb. Həkimlər uşağın ana bətnində normal olduğunu deyiblər.
Şamama Mahmudova - Uşağın nənəsi: "Uşaq doğulandan 40-50 dəqiqə sonra öldü. Mən təkidlə dedim ki, gedim uşağa baxım. Gördüm burnuna nəsə qoşublar. Amma uşağın rəngi çox da qaralmamışdı. Dedilər beyninə hava getməyib. Ürək döyüntüsünün olduğunu da dedilər. Üstündən 10-15 dəqiqə keçdi, dedilər ki, uşaq ölüb. Başım çıxmır, niyə belə oldu". Faktla bağlı rayon prokurorluğuna müraciət edilib.

Məsələyə münasibət bildirən pediyatır Vaqif Qarayev "Sherg.az”a bildirib ki, olayın baş vermə səbəbini bilmək üçün hadisəni ətraflı arşdırmaq lazımdır:
"Daha bir uşağın dünyasını dəyişməsi həqiqətəndə üzücüdür. Bu hadisənin müxtəlif səbəbləri ola bilər. Düzdür, valideyinlər olayla bağlı müəyyən iradlar bildirirlər, uşağın dünyasını dəyişməsində həkimləri günahlandırırlar. Körpənin ailəsinin belə ittihamları səsləndirməsi normaldır. Onkoloji xəstə belə dünyasını dəyişəndə onun ailəsi də həkimdə səhv axtarır. Həkimlər körpənin başına oksigen getməməsindən dolayı dünyasını dəyişdiyini bildirir. Bu mümkün ola bilər. Çünki beyinə oksigen getməsinə bir çox faktorlar əngəl olur. Məncə, ilk əvvəl hər iki tərəf dinlənilməlidir. Sonrada doğum prosesi ilə bağlı araşdırmalar aparılmalıdır. Beləliklə də əldə edilən nəticəyə əsasən körpə ölümünə səbəb olan tərəf cəzalandırılmalıdır. Lakin hadisənin səbəbləri bilinmədən tərəflərin bir-birini ittiham etməsi düzgün deyil”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi