Kreditlərə şamil olunacaq güzəştlərin mahiyyəti açıqlandı
09:11 01.03.2019
Arxiv
441
17 min manatadək kreditlərə şamil olunacaq güzəştlərin məqsədi və mahiyyəti açıqlanıb
Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının xarici valyutada əsas məbləği 10 min dollaradək kreditlərlə bərabər milli valyutada 17 min manatadək olan kreditlərə şamil olunmasına aydınlıq gətirib.
ONA-nın məlumatına görə, N. Əmirov AzTV-nin "Günün nəbzi" proqramında bildirib ki, fərman təkcə devalvasiyadan əvvəl xarici valyutada olan kreditlərə şamil edilmir.
Prezidentin köməkçisi deyib ki, fərmanın ikinci hissəsi 2012-ci ildən indiyə qədər istər manatla, istər xarici valyutada götürülən və fevralın 28-nə ən azı 360 gün, yəni 1 il müddətində ödənişi gecikdirilən bütün növ kreditlərə aid olunur: "Əgər vətəndaş 2015-2016-cı illərdə manatlı kredit götürübsə və bu günə qədər yüksək faizi olduğuna görə ödəyə bilməyibsə, 17 min manatlıq kredit bu gün 52 min manatlıq kreditə çevrilib. Prezidentin imzaladığı bu fərmana əsasən 52 min manatın yalnız 17 min manatı əsas məbləğ təşkil edir. Fərmanla 17 min manat kredit saxlanılır, 1 faizlik 5 il müddətinə verilən yeni güzəştli kreditlə əvəz edilir. 17 min manatdan 52 min manat arasında yığılan cərimələr, faizlər hamısı tamamilə bank tərəfindən silinir. Həmin məsələlərlə əlaqədar banklar tərəfindən məhkəmələrə verilən iddialar da geri götürülür. Bu, vətəndaşın sosial yükünü əhəmiyyətli dərəcədə asanlaşdırır.
Banklar isə fərmanın həm birinci hissəsi, həm də ikinci hissəsi nəticəsində çox böyük likvidlik əldə etmiş olur. Çünki birinci və ikinci devalvasiya nəticəsində vətəndaşlara ödənilən kompensasiyaların böyük əksəriyyəti mövcud kreditlərin bağlanmasına yönələcək. Digər tərəfdən, vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə fərmanın ikinci hissəsi ilə ödənilən vəsaitlərin də böyük hissəsi banklarda yığılaraq bankların real iqtisadiyyatı maliyyələşdirmək üçün geniş kredit resursuna malik olmasına gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm