Kreml: Ermənistan "DQR"in tanınması haqqında qanun layihəsini Moskva ilə müzakirə etməyib




 "Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin olduqca kövrək olan sülhün pozulmasına gətirib çıxaracaq addımlardan çəkinəcəyinə ümid edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinin Moskva ilə müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandıran D. Peskov məsələnin müzakirə olunmadığını söyləyib: "Biz bu kontekstdə qəbul olunacaq qərarı diqqətlə izləyirik. Sözsüz ki, əvvəlki kimi ümid edirik ki, tərəflər Dağlıq Qarabağda gərginliyin eskalasiyasına gətirib çıxaracaq addımlardan qaçacaq".