Lavrov ifşa olundu:"Azərbaycanın işğal olunan 7 rayonu ifadəsi əvəzinə..."
15:50 09.03.2017
Arxiv
25124
"Xarici İşlər Naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə görüşündə Rusiya XİN rəhbəri Sergey Lavrov açıqlamasında Dağlıq Qarabağ və onun ətrafında Azərbaycanın işğal olunan 7 rayonu əvəzinə, " Azərbaycanın bu gün nəzarət edə bilmədiyi 7 rayon" ifadəsini işlədib. Bununla Sergey Lavrov diplomatik şəkildə fikir fırladır və həmin ərazilərin işğal olunduğunu danır".
Bu barədə Sherg.az-a millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, S.Lavrov Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini birbaşa ifadə etmir:
"Mən məhz bu ifadəyə diqqət etdim ki, nazir həmin rayonların işğal altında olduğunu desin.Amma demədi. XİN rəhbərinin bu ifadəsinə uyğun sual olunur ki, Azərbaycan həmin əraziyə hazırda niyə nəzarət edə bilmir? Çünki torpaqlarımız Ermənistanın işğalı altındadır. Hətta Rusiya ərazilərimizi işğal edib, Ermənistana verib”.
Millət vəkili deyib ki, danışıqlar prosesi Azərbaycan ordusunun işğal altındakı torpaqların azad olunması uğrunda vaxtaşırı keçirtdiyi əməliyyatların təkrarlanması ilə aparılmalıdır:
"Ermənistan ordusu gündəlik zərbə almalıdır. Ermənistana, erməni xalqına gündəlik əsgər meyitləri getməlidir. İşğalçı dövlətdə ciddi təşviş, gərginlik, ümidsizlik yaradılmalıdır. Onlarda bir fikir formalaşmalıdır ki, bizim yeganə yolumuz Azərbaycan ərazilərindən çıxmaqdır. Erməniləri bunu düşünməyə məcbur etmək üçün hökmən güc tətbiq edib, danışıqlara cəlb etmək lazımdır. Ermənilər özləri və güvəndikləri fikirləşir ki, danışıqları, status-kvonu uzadıb, ərazilərimizi işğal altında saxlaya biləcəklər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda AQEM Media Forumu keçirildi - YENİLƏNDİ
13:32 01.10.2026
Media
Sabah Azərbaycanda leysan olacaq
13:29 01.10.2026
Ekologiya
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm