Lavrovdan Kürdüstana çağırış: "Qeyri - sabitlik yaratmaqdan çəkinin ! "




Bu gün Rusiyanınm xarici işlər naziri Sergey Lavrov Kürdüstan rəhbərliyinə çağırış edib. 

"Sherg.az" "Lefigaro.fr"ə istindən xəbər verir ki, bu barədə S.Lavrov iraqlı həmkarı İbrahim əl- Cəfəri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

XİN başçısı bəyan edib ki, İraq torpaqlarında cərayən edən bütün məsələlər İraq hökuməti ilə dialoq şəkilində həyata keçirilməlidir: 

"Kürdüstan rəhbərliyinə çağırışım ondan ibarətdir ki, regionda yeni qeyri - sabit mühit yaratmaqdan çəkinsin. Baxın, iraq ordusu kürdlərin 2003-cü ildə ələ keçirdiyi Kərkükün neftli ərizlərini 48 saat ərzində asan bir formada geri götürdü. İraqın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır.  Bizim istəyimiz odur ki, bütün problemlər danışıqlar yolu ilə həllini tapsın".

Tərcümə etdi: Ayyət ƏHMƏD