Lənkəranda 34 yaşlı qadın yoxa çıxıb - Axtarılır




Lənkəranda 34 yaşlı qadın yoxa çıxıb.

"Sherg.az"ın məlumatına görə, rayonun Nərimanabad qəsəbə sakini Rəhim Nağıyev Lənkəran şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 1985-ci il təvəllüdlü qızı L.Nağıyevanın 3 gün əvvəl evdən çıxaraq naməlum istiqamətə getdiyi və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma başlanıb.