Lerikdə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb
19:49 11.02.2015
Arxiv
725
Lerikdə 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun 27-ci kilometrliyində qeydə alınıb. Lerik rayon sakini, 51 yaşlı Şahin Əliyevin idarə etdiyi "Niva” markalı minik avtomobili Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn həmyerlisi, 53 yaşlı Zadir Seyfullayevin idarə etdiyi "VAZ- 2106” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə, onların sürücüləri ilə birlikdə daha 2 nəfər sərnişin ciddi bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdiriliblər. Lerik rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirərək araşdırmalara başlayıblar.
İlkin versiya kimi qəzanın yağmurlu hava şəraitində "Niva” markalı avtomobilin "VAZ-2106” markalı maşının yoluna çıxmaqla sərt döngədə qəza şəraiti yaratması səbəbindən baş verdiyi göstərilir. Hadisəsinin dəqiq səbəbləri isə keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya