"Lotu Quli"nin adamının qanını tökdülər - AZƏRBAYCANDA




"Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun daha bir adamı bıçaqlanıb. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəmkirdə baş verib. Bıçaqlanan şəxs "Yetim” ləqəbli Sabir adlı avtoritetdir.

Xatırladaq ki, Nadir Səlifovun daha bir adamı Rəşad Gəncinski dekabrın 30-da İstanbulda bıçaqlanmışdı.

Qeyd edək ki, N.Səlifov ötən il 15 oktyabrda azadlığa çıxdıqdan sonra İstanbula yerləşib.