Magistral qaz kəmərindəki partlayışın səbəbi AÇIQLANIB
12:46 27.12.2016
Arxiv
1556
İlham Şaban:"Bunun səbəbi zamanında hər hansı köhnəlmiş qurğuların və ya boruların dəyişdirilməməsidir "
Qaradağdan keçən magistral qaz kəmərindəki partlayışın səbəbi qurğuların vaxtında dəyişdirilməməsi ola bilər.
Bunu Sherg.az-a Qaradağ rayonu ərazisində qaz borusunun partlamasının səbəblərindən danışarkən Azərbaycan Respublikası Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib.
O bildirib ki, qaz borularında adi qığılcımdan böyük təhlükə yarana bilər, bu səbəbdən müntəzəm yoxlanılmalıdır:
"Sonuncu dəfə magistral qaz kəmərlərində partlayış 2014-cü ildə qeydə alınıb. Ondan öncə Hacıqabul-Mazdok kəmərində də bir neçə dəfə yanğın olub. Həmin kəmərlərdə köhnəlmiş boru və qurğulardan istifadə olunduğuna görə bu hadisə bir neçə dəfə təkrarlanmışdır.
Vaxtında qulluq ediməməsi və güclü təzyiq nəticəsində belə hadisələr baş verir. Qaz kəmərlərində partlayışlar, sızmalar olmasın deyə borular mütəmadi təmir olunmalıdır. Qaradağ rayonu ərazisindən keçən qaz qovşağında qazın nəqli kifayət qədər yüksək təzyiqə malik idi. Yaranan yanğının uzaqdan görünməsi və həcminin böyüklüyündan aydın idi ki, ciddi müdaxilə edilməsinə ehtiyac var.
Təbii ki, bu hadisə lokallaşdırılacaq, qazın həmin istiqamətdə borulara verilməsi dayandırılacaq. Bununla da yanğının söndürülməsini qısa çəkmək olar. Ümumiyyətlə, belə hadisə baş veribsə, bunun səbəbi zamanında hər hansı hissələrin və ya qurğuların dəyişdirilməməsidir. Çünki qaz təzyiqi elə formada olur ki, adi bir deşikdən belə təzyiqin təsiri ilə partlayış ola bilir. Hadisənin araşdırılması, səbəblərin müəyyən olunması gələcəkdə baş verə biləcək qəzaların qarşısının alınması üçün vacib məsələdir".
Qeyd edək ki, Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində, Səngəçal qəsəbəsi
yaxınlığından keçən boru xəttində güclü yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə