“Makler”lər mənzil bazarına təsir edə bilməz
21:18 17.05.2016
Arxiv
858
“Daşınmaz əmlak bazarı kartof və mobil telefon bazarı deyil ki, qiymətlər dərhal dəyişilsin”
İqtisadçı-ekspert Vüqar Bayramov mənzil bazarındakı qiymətlərdən danışıb. O qeyd edib ki, mənzillərin mövcud qiyməti real qiymət deyil. Eskpertin sözlərinə görə, ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq, qiymətlər indikindən xeyli aşağı olmalıdır. Bundan başqa, V.Bayramov diqqətə çatdırıb ki, əmlak bazarındakı himayə olunan "makler-biznesmenlər” kəskin qiymət azalmalarına imkan vermirlər:
"Məhz bunun nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı "maklerlər” tərəfindən idarə edilir. Buna görə də, azalmalara baxmayaraq qiymət, mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını "dəfn” edəcəklər”.
Həmkarının açıqlamasını şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli "Şərq”ə söyləyib ki, mənzil bazarında qiymətlərin enməsinə "makler”lərin maneə olması iddiası düzgün yanaşma deyil. Mənzilin qiymətini sahibi müəyyənləşdirir: "Adından da göründüyü kimi, vasitəçilər sadəcə olaraq vasitəçilik missiyasını həyata keçirirlər. Ola bilsin ki, bəzi "maklerlər” müəyyən "maxinasiyalarla” məşğul olsunlar. Amma bu maxinasiyalar bazara təsir göstərə biləcək gücdə ola bilməz. Daşınmaz əmlak bazarı kartof və mobil telefon bazarı deyil ki, qiymətlər dərhal dəyişilsin. Mənzil bazarında qiymətlərin dəyişməsi vaxt aparan prosesdir. Zaman-zaman öz həllini tapacaq. Tələb və təklifə müvafiq olaraq formalaşacaq”.
Bununla yanaşı, ekspert diqqətə çatdırıb ki, hazırda mənzil bazarında qeyri-müəyyənlik yaranıb: "Mənzil bazarının əsas müştəriləri azalıb. Əvvəllər bazarlarda müştərilər çox idi. Bunlara böyük söküntü layihələri çərçivəsində evləri sökülən insanlar daxil idi. Yəni onların evləri sökülürdü. Əvəzinə kompensasiya verilirdi. Onlar da gedib, özlərinə ev alırdı. Bu təbəqə məcburi alıcı qrupu sayılırdı. Həmin qrup daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsində əhəmiyyətli rol oynayırdı. Amma indi söküntü layihələri dayandırılıb. İkinci qrup alıcılara Rusiyadan gələnlər daxil idi. Hazırda isə Rusiyadan gələn vəsaitlər azalıb. Üçüncü qrup isə dövlətin həyata keçirdiyi investisiya layihələri menecerləri idi. Onlar böyük gəlirlər əldə edirlər və gəlirlərinin bir hissəsini daşınmaz əmlak bazarına yönəldirdilər. İndi hər 3 təbəqə üzrə kəskin azalma müşahidə olunur. Bazar axarına qayıdır və bu çox çətin prosesdir”.
Ekspertin qənaətincə, indiki halda alıcılarda və satıcılarda ciddi tərəddüd var: "Mənzilini satmaq istəyənlər dayandırıblar. Əmlaklarını daha baha qiymətə satmaq istəyirlər. İkinci bir qrup var ki, onlar qiymətlərin enməsini gözləyirlər. Ona görə də, mənzil almırlar. Bu kimi amillər mənzil bazarında qeyri-müəyyənlik yaradır. Bu hal 6-7 ay davam edə bilər”.
Ekspertin fikrincə, indiki qiymətlər bazarda tələb və təklifin mütənasibliyinə adekvat deyil: "Hazırda mənzil bazarında qiymətlər kifayət qədər bahadır. Nə qədər ensə belə, yenə də bahadır. Daşınmaz əmlakın qiyməti o vaxt real sayılır ki, orta təbəqənin gəlirlərinə adekvat olsun. Bu gün mənzil bazarında evin qiyməti orta təbəqənin, orta gəlirlərə uyğun deyilsə, deməli, qiymətlər şişirdilib. Bazara uyğun deyil. Mənzil bazarında qiymətlərin formalaşması üçün zaman lazımdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə