
"Makron Dağlıq Qrabağa səfər üçün Azərbaycandan icazə istəməlidir" - Deputat
16:27 31.01.2018
Arxiv
1053
Elman Məmmədov:" Fransa prezidenti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edəcəksə, cəzalana bilər. Makron bu cür yanlış addıma yol verərsə, separatizmə dəstək vermiş olur"
"Azərbaycanın sərhədlərini ölkəmizin icazəsi, razılığı olmadan pozan şəxslər cinayətkar olduğundan, ya həbs olunur, ya da qara siyahıya salınırlar".
Bunu "Sherg.az”a Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ ərazisinə səfər planlarından danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, sadə vətəndaş, yaxud vəzifəli şəxs olmasından asılı olmayaraq, hər kəsə eyni cəzalar tətbiq edilir:
"İran, Rusiya və başqa dövlətlərlə olan sərhədlərimizi məqsədindən asılı olmayaraq pozan şəxs qanunla cəzalandırır. Fransa prezidenti də Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edəcəksə, cəzalana bilər. E.Makron bu cür yanlış addıma yol verərsə, həm də separatizmə dəstək vermiş olur.

Məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, Fransa kimi ölkələrin maliyyə yardımı, dəstəyi ilə gerçəkləşib. Erməni lobbisinin maddi yardımının da rolu qeyd edilməlidir. Fransa prezidenti istəyirsə, Ermənistana səfər edə bilər. Amma bir daha qeyd edirəm Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ ərazisinə səfər etmək qanun pozuntusudur. Mənə belə gəlir ki, Makron bu səhvə yol verməz !”.
Qeyd edək ki, erməni lobbisi tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan Emmanuel Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə