Masazır-Novxanı yolunda ağır qəza: ölən var




Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Masazır-Novxanı yolunun 15-ci kilometrliyində "İsuzu" markalı, 90 CE 971 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan 53 yaşlı qadını vurub. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.