"Xaricdən istifadə müddəti başa çatmış təkərlər gətirirlər. Halbuki o təkərlər tam olaraq yararsızdır. Gətirib Azərbaycanda "şporlar" açıb, yeni təkər kimi cammata sırıyırlar. Bu da ağır qəzalara səbəb olur
Bakıda Babək prospektində yerləşən "Maşın bazarı"nda qeydə alınan özbaşınalıqlar ara vermir. Sözgedən satış mərkəzinə xaricdən istifadə müddəti başa çatmış təkər gətirilib, satılır.
Bu barədə Sherg.az -a adının çəkilməsini istəməyən oxucularımızdan biri məlumat verib. O bildirib ki, həmin təkərlər ölkəmizə bir-birininin içərisinə salınmış formada gətirilir:
"Ötənlərdə maşın bazarına baş çəkmişdim . Şəxsi avtomobilimə təkər almaq istəyirdim. Amma gördüklərim məni dəhşətə gətirdi. Şahidi oldum ki, ayrı -ayrı təkər satanlar, təkərin içərisindən təkər çıxardırlar. Maraq canımı bürüdü və bu əməllə maraqlandım. Bildirdilər ki, bazardakı əksər təkər satanlar gedib, Almaniya və digər Avropa ölkələrindən istifadə müddəti başa çatmış təkərlərini alıb, ölkəmizə daşıyırlar. Gömrükdə çox rüsum ödəməsinlər deyə təkərləri bir -birinin içərisinə salırlar".
Avtomobildən və onun detallarından yaxşı başı çıxdığını söyləyən oxucumuz onu da əlavə edib ki, bu cür təkərlər ağır qəza şəraitinin yaranmasına səbəb olur:
"Qeyd etdiyim kimi, onlar xaricdən istifadə müddəti başa çatmış təkərlər gətirirlər. Halbuki o təkərlər tam olaraq yararsızdır. Gətirib Azərbaycanda həmin təkərlərə "şporlar" açıb, yeni təkər kimi cammata sırıyılar. İkinci isə təkəri təkərin içinə salmaqla təkərin simlərini məhv edirlər ki, bu da çox ağır qəzalara yol açır. Bəzən maşın getdiyi yerdə təkər çırılıb altından çıxır ki, nəticədə amansız hadisələr baş verir".
Oxucumuzun göndərdiyi fotoları təqdim edirik:
Ayyət ƏHMƏD