Mədət Quliyev: "İl ərzində 500 əməkdaş xidmətdən xaric olunub"




"İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub".

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".