Məhəmməd Əli dəfn edildi






Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, vida mərasimdə 18 min insan iştirak edib.
Məhəmməd Əli doğulduğu Luisvill şəhərində dəfn edilib. Bildirilir ki, qəbiristanlığa yalnız mərhumun ailə üzvləri və yaxınları buraxılıb.
Qeyd edək ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli dəfn mərasimini beş il bundan əvvəl ssenariləşdirib.