Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş "Məhsul” stadionu) yaxın vaxtlarda təmirə bağlanacaq. Bu barədə APA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumat verib. Onun sözlərinə görə, stadion AHİK-in nəzdindəki İdman Təşkilatları Assosiasiyasının balansındadır. Stadionun təmirə nə vaxt bağlanacağının hələlik dəqiqləşmədiyini deyən N. Ağamirov stadionun məşqlər üçün yararsız vəziyyətə düşdüyünü deyib: "Əslində, stadionun təmir olunması xeyli müddətdir ki, gündəmdədir. Prezident seçkiləri ərəfəsində stadionda yığıncaqlar, mitinqlər təşkil edildiyindən, stadion istər təmizlik, istərsə də digər cəhətlərdən bərbad vəziyyətə düşüb. Bu baxımdan stadionda təmir işlərinin aparılması qərara alınıb”. N. Ağamirov Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 27-də sözügedən stadionda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciətinə də münasibət bildirib: "Həmkarlar İttifaqları Konfederasiyası hər hansı tədbirin, mitinqin keçirilməsini həll edən təşkilat deyil. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin bu stadionda keçirilməsini qərara alsa, mitinq orada keçirilə bilər”.
“Məhsul” stadionu təmirə bağlanacaq
18:46 21.10.2013
Arxiv
663
Stadionun təmir olunması xeyli müddətdir ki, gündəmdədir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət