Məktəbdən ev tapşırığı verdilər

Googledə axtarış edərkən, atasının bir qatil olduğunu öyrəndi



İngiltərədə 18 yaşlı Samantha Bryan, ona verilən məktəb tapşırığı üçün Googledə axtarış edərkən, atasının bir qatil olduğunu öyrənib. Gənc qız, qorxunc gerçəyi 14 yaşında öyrəndiyini açıqlayıb.
Bryan, məşhur cinayətlərlə əlaqədar bir ev tapşırığı verildiyini və bunun üçün internetdə araşdırma apararkən qarşısına onunla anasının şəkilinin çıxdığını söyləyir. Bryan o əsnada bioloji atası Ian Huntleyin, 2002-ci ildə 10 yaşında iki qızı öldürən bir qatil olduğunu öyrəndiyini bildirir. "Sinəmə elə bil bir yumruq vurdular kimi oldum." deyən Bryan, o an ağlamaqdan özünü saxlaya bilməyib. Bryan, "Ondan nifrət edirəm. Onunla genetik asılılığın olduğunu bilmək mədəmi belə bulandırır." deyir.
İnternetdə cinayətlərlə əlaqədar araşdırma apararkən qarşısına Ian Huntley adının çıxdığını, amma bunun onun üçün heç bir şey ifadə etmədiyini söyləyən Bryan, maraqlanıb adı Googledə axtartdırdığını söyləyir. Araşdırma zamanı qarşısına özüylə anasının senzuralı bir fotoşəkili çıxan Bryan, vəziyyətə bir məna verə bilməyərək xəbəri oxmağa başlayıb və qorxunc gerçəklə üz-üzə gəlib.
Xəbərə görə, Bryanın anası Katie Webber, Huntleydən ciddi şəkildə fiziki şiddət görürdü. Webber təcavüzə uğrayaraq Huntleydən hamilə qaldıqdan sonra onu tərk etmişdi.
Bryan isə qorxunc gerçəyə qədər atasının, anasının bu ankı valideyni Martın olduğunu sanırdı.
2002-ci ildə Birləşmiş Krallığı sarsıdan və 'Soham qatili' olaraq xatırlanan Ian Huntley, 10 yaşındakı Holly Wells ilə Jessica Chapmanı öldürmüşdü. 4 Avqust 2002-ci ildə itkin düşən iki kiçik qızın cansız bədənləri 13 gün sonra, 17 avqustda tapılmışdı. Ian Huntley ömürlük həbs cəzasına məhkum edilmişdi.