“Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm"

Lavrov: - "Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir"




"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirəcək”.