Mercedes-Benz yeni yığcam elektrik krossoveri hazırlayır
16:32 31.12.2019
Arxiv
475
Mercedes-Benz şirkəti ikinci nəsil GLA krossoverinin təqdimatı zamanı, yeni yığcam elektrik krossoverini hazırladığına işarə edib. Mercedes-Benz EQA adlandırılmış krossoverin eskizindən onun yeni GLA modelinə bənzədiyi görünür.
Autograph.az bildirir ki, əvvəllər Mercedes-Benz şirkəti EQA adını A-Class modelinə alternativ olacaq elektrik hetçbekinə verməyi planlaşdırırdı. Hətta, alman istehsalçısı iki il bundan öncə Frankfurtda keçirilən avtosalonda EQA Concept konseptual hetçbekini də nümayiş etdirmişdi. Lakin, sonrada krossoverlərə olan tələbatı nəzərə alan Mercedes-Benz şirkəti, fikrini dəyişərək, daha universal xarakteristikalara malik olan GLA modelini elektrikləşdirmək qərarına gəlib.
Çox güman ki, Mercedes-Benz EQA modeli 4,4 metrlik uzunluğa və EQC modelinin üslubunda eskteryer dizaynına malik olacaqdır. EQA modeli zahiri cəhətdən GLA krossoverinə bənzəsə də, krossoverlərin arxitekturası müxtəlif olacaqdır: məlumdur ki, alman istehsalçısı elektrokarlar üçün EVA modul platformasından istifadə edir.
Bundan başqa, yığcam elektrokarın öndən və ya tam ötürməyə malik olacağını və dolu batareya ilə 400 km qət edəcəyini ehtimal etmək olar. Yeni elektrokarın 2020-ci ildə debüt edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm