Merkeldən Bəşər Əsədə çağırış: "İnsanları qırmayın !"




Almaniya kansleri Angela Merkel Dəməşq yaxınlığında yerləşən Şimali Quta şəhərindəki qırğınların dayandırılması ilə bağlı çağırış edib. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, A.Merkel Suriyadakı dəhşətli hadisələrə görə, hakim Bəşər Əsəd rejimini qınayıb :"İnsanları qırmayın !  Bir rejimnin öz xalqına qarşı törətdiyi qırğınları, vəhşəti aydınca görürük. Qutada xəstəxanalar dağıdılır, məsum körpələr və ya qocalar qarşıdurmanın qurbanına çevrilir. 

Bu mənda öz ölkəmizin adından çağırış edirəm ki, bu qırğınları dayandırmaq lazımdır. Avropa İttifaqı da məlum qanlı hadisələrin dayandırılması üçün böyük rola malikdir. Aİ səslənirəm ki, bu istiqamətdə fəaliyyətlərini davam etdirsinlər".


Qeyd edək ki, Şimali Quta şəhərininin Əsəd ordusu tərəfindən bombalanması nəticəsində ötən gecə13 mülki vətəndaş həlak olub. "Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Süriya insan hüquqları üzrə müşahidə təşkilatından bildirilib. Xəbərə görə, ümumilikdə son 5 gün ərzində Qutada qətlə yetirilən mülki vətəndaşların sayı 320 -ə çatıb.

Tərcümə etdi: Ayyət ƏHMƏD